Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2022 09:30
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, rayonun Alıkənd kənd sakini, 2012-ci il təvəllüdlü oğlan axşam saatlarında velosipedlə yolu keçərkən Ziyatay Məmmədlinin idarə etdiyi "Toyota Prado" markalı minik avtomobilinin qarşısına çıxıb.
Sürücü idarəetməni itirərək velosipedçi uşağı vurub. Ağır bədən xəsarətləri alan 10 yaşlı uşaq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılır.