Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Enerji toplamdan 50 günə qədər işləyən unikal ağıllı saat satışa çıxarılıb

Enerji toplamdan 50 günə qədər işləyən unikal ağıllı saat satışa çıxarılıb

Tarix: 10 Iyul 2022 13:54

Çin markası "Kospet" bazarda açıq hava həvəskarları üçün möhkəm korpusda "Tank M1 Pro" smart saatını təqdim edib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, modelin əsas xüsusiyyətlərindən biri müəyyən şərtlərdə enerji doldurmadan 50 günə qədər işləyə bilməsidir.

Xarici təsirlərə qarşı müqavimətlə yanaşı "Tank M1 Pro" 320 × 280 piksel təsvir ölçülü 1,72 düymlük IPS ekranla təchiz edilib. O, Android 6.0, iOS 9.0 və daha yeni əməliyyat sistemi olan istənilən smartfona qoşulur.

Saatda 24 idman rejiminə dəstək, ürək döyüntüsünü və qanda oksigeni ölçmək üçün sensorlar, həmçinin yuxuya nəzarət funksiyası var. Şirkətin internet mağazasında saatın qiyməti 60 ABŞ dollarıdır.

Milli.Az


Etiketlər:  Enerji toplamdan 50 günə qədər işləyən unikal ağıllı saat satışa çıxarılıb


RƏYLƏR