Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bin Ladenin öldürülməsində iştirak edən gəmidə daha bir MÜƏMMA

Bin Ladenin öldürülməsində iştirak edən gəmidə daha bir MÜƏMMA

Tarix: 11 Iyul 2022 08:28

1980-ci il istehsalı olan "USS Carl Vinson" təyyarədaşıyan gəmisinin ekipaj üzvlərindən biri göyərtəsində ölü tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadla "Stars and Stripes" məlumat yayıb.

Keçmiş 1 nömrəli terrorçu Üsamə bin Laden 2011-ci ilin mayında "USS Carl Vinson" gəmisindən Ərəb dənizinin sularında dəfn edilib.

Dənizçi, "USS Carl Vinson" Kaliforniyadakı "North Island" Hərbi Hava Qüvvələri bazasında təyyarədaşıyan gəmi park edərkən ölü tapılıb.

Gələn xilasedicilər onu huşsuz vəziyyətdə tapıblar və ayılda bilməyiblər. Cinayət və ya intihar əlamətləri aşkar edilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır. ABŞ Hərbi Dəniz Qüvvələrinin qaydalarına görə, ölən dənizçinin kimliyi açıqlanmır. (publika.az)

Milli.Az


Etiketlər:  Ladenin öldürülməsində iştirak edən gəmidə daha MÜƏMMA


RƏYLƏR