Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 17:22
Hindistanda dörd yaşlı uşağı bəbir parçalayıb.
Sonxeber.net bildirir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.
Mehraz Azad Mir iyulun 7-də Cammu və Kəşmirin Birlik Ərazisi, Racopa kəndindəki əmisinin evinin həyətində oynayıb. Bir anda evin yanında bəbir peyda oldu. Bir neçə şahidin gözü qarşısında o, uşağı tutub meşəyə doğru sürükləyib. "Uşağın qışqırtısını eşitdik, sonra yerli sakinlərdən bəziləri yırtıcının arxasınca düşdü", - kənd sakini Aycaz Əhməd deyir.
Bəbir kənd sakinləri gələnə qədər qurbanı yarım kilometr meşəyə aparıb, ona ağır xəsarətlər yetirə bilib. Ağzında oğlan olan heyvanı kolluqda tapdılar. Qəzəblənmiş Racopa sakinləri aqressiv heyvanı öldürərək uşağı xəstəxanaya çatdırıblar. Uşağın vəziyyəti ağır idi və həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişdi.
Təbiəti Mühafizə Departamentinin nümayəndələri yerli sakinləri ayıq olmağa və uşaqları küçədə nəzarətsiz qoymamağa çağırıb. Mehraz Azad Mirin ölümündən bir gün əvvəl eyni bölgədə 12 və 13 yaşlı iki uşağı parçalayan bəbir güllələnərək öldürülüb.
İrfan Vəliyev