Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kərəmin adından qadınla yazışıb 200 min aldılar

Kərəmin adından qadınla yazışıb 200 min aldılar

Tarix: 12 Iyul 2022 10:10

Rusiya vətəndaşı özünü məşhur türk aktyoru Kərəm Bürsin kimi təqdim edən fırıldaqçı tərəfindən aldadılıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, Moskva sakini olan kitabxanaçı qadın bu səbəbdən iki milyon rubl itirib. O, pərəstişkarı olduğu aktyorun ona başqa hesabdan yazdığını düşünüb. Əsl aktyorla ünsiyyətdə olduğuna inanan kitabxanaçı saxta Kərəmə İstanbuldan Moskvaya əşyalar olan konteynerin göndərilməsi üçün pul verib. Fırıldaqçı təzminat olaraq qadına bağlamadan istənilən əşyanı özü üçün seçib götürə biləcəyini təklif edib.

Belə ki, qadın ona göndərilən hesaba dəfələrlə pul köçürüb. Lakin məbləğ iki milyon rubla çatanda saxta Kərəm qəfildən yoxa çıxıb. Bundan sonra qadın aldadıldığının fərqinə varıb və polisə müraciət edib.

Milli.Az


Etiketlər:  Kərəmin adından qadınla yazışıb aldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ