Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Donbasdakı vəziyyətdən danışıb

Zelenski Donbasdakı vəziyyətdən danışıb

Tarix: 13 Iyul 2022 07:16

Donbasda vəziyyət çətinləşib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski videomüraciətində bildirib.

Onun sözlərinə görə, itkilər getdikcə artır.

O vurğulayıb ki, Rusiya Ukraynanın bəzi şəhərlərini hər gün atəşə tutur.

"Bu gün Nikolayevə raket və artilleriyadan müntəzəm zərbələr endirilib. Rusiya ordusu yenidən Xarkovu və bölgənin əsas hissəsini - Starıy Saltov, Zoloçiv, Bayrak və başqalarını vurub. Yaralananlar və ölənlər var", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiya ordusunun Donbasa basqın etmək cəhdləri dayanmır.

Milli.Az


Etiketlər:  Zelenski Donbasdakı vəziyyətdən danışıb


RƏYLƏR