Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 10:18
Sosial şəbəkələrdə yayılan videolara görə, ölkədə hicabla bağlı hökumətin sərt tədbirlərini artırması səbəbindən, iranlı qadınlar ölkənin müxtəlif şəhərlərində #icbarihicabayox həştəqi ilə kampaniya başladıblar.
Sonxeber.net xəbər verir ki, onlar küçələrdə hicablarını açaraq, İran hökumətinin sərt qanunlarına etirazlarını bildiriblər.
İranda icbari hicaba qarşı çıxan fəalların öncədən çağırışına əsasən, sosial şəbəkələrdə yayılan videolar göstərir ki, hökumətin "hicab və iffət günü" adlandırdığı gün çox sayda qadın #İcbariHicabaYox həştəqli kampaniyanı geniş şəkildə alqışlayıb və ümumi yerlərdə öz yaylıqlarını çıxarıblar.