Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 23:20
Xalq artisti Röya Ayxan atası Yaqub bəylə bağlı paylaşım edib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, sənətçi qardaşı İsmayılın toyunda atası ilə çəkdirdiyi fotolarını sosial şəbəkə hesabında yayımlayıb.
Röya paylaşımında atasına xoş sözlər ünvanlayıb.
"Atamı sevirəm, onun balalarını da sevirəm. Mənə nə desəniz keçərəm, amma ailəmə heç vaxt! Bir-birimizə hörmət etməyi öyrənək. O zaman dünya bizim olar", - deyə müğənni bildirib.