Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 08:24
"ABŞ-ın Azərbaycanla yeni strateji tərəfdaşlığı Vaşinqtona Qoşulmama Hərəkatında öz təsirini genişləndirməyə yeni imkanlar yaradacaq".
Bu barədə Kiyev Milli Universitetinin professoru, politoloq Taras Kuzio Polşanın "New Eastern Europe" nəşrində dərc edilən məqaləsində qeyd edib.
Müəllif xatırladıb ki, Azərbaycan İsraillə uzun illərdir, yəni 1990-cı illərin sonlarından bəri iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlıq edir: "İsrail Azərbaycan neftinin əsas alıcılarından biridir. Eyni zamanda, Azərbaycan İsraildən hərbi avadanlıqların, xüsusilə pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərini tədarük edən əsas ölkələr sırasındadır".
Onun sözlərinə görə, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi onun Cənubi Qafqazda ən güclü hərbi güc olduğunu göstərib.
T.Kuzio Azərbaycanın enerji sahəsində mühüm rola malik olduğunu vurğulayıb: "Türkiyə üzərindən Balkan ölkələrinə və İtaliyaya neft-qaz nəqli Avropanın Rusiya qazından asılılığının azaldılmasında strateji rol oynayır".