Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 08:58
Ukrayna ordusu bir neçə istiqamətdə rusların hücumlarını dəf edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib.
"Xarkov istiqamətində işğalçılar əsas səylərini qoşunlarımızın irəliləməsinin qarşısını almağa yönəldiblər. Ukrayna əsgərləri artıq onuncu dəfədir ki, Dementyevka istiqamətində düşmənin hücumunu dəf ediblər. İndi düşmən tədarükünü artırır və şəxsi heyəti və hərbi texnikası ilə itki verən bölmələri tamamlamağa çalışır.
Müdafiəçilərimiz İvanovka və Vadi istiqamətində hücumları uğurla dəf etməklə yanaşı, işğalçıları geri qovublar", - məlumatda qeyd olunub.