Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2022 08:24
Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyi genişmiqyaslı təcavüz zamanı Rusiya qoşunlarının Ukraynanın ətraf mühitinə vurduğu bütün itkiləri hesablayır.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu nazirliyin rəhbəri Ruslan Strelets deyib.
"Bu gün biz Rusiyanın ətraf mühitə vurduğu bütün itkiləri hesablayırıq. Dəymiş ziyanın ümumi məbləği artıq 202 milyard qriveni ötüb və bu, bizim yeni metodlarımızdan istifadə etməklə hesablamalı olduğumuz halların hamısı deyil"-deyə, o bildirib.
Onun sözlərinə görə, nazirlik Ukraynanın bərpasına sərmayə qoymaq istəyən investorlara kömək etməyə hazırdır.