Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsinin daha bir qrup qazisi aktivlərlə təmin olundu - VİDEO

Vətən müharibəsinin daha bir qrup qazisi aktivlərlə təmin olundu - VİDEO

Tarix: 15 Iyul 2022 17:16

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilərə özünüməşğulluq proqramı çərçivəsində dəstək tədbirləri davam edir. 

Milli.Az APA TV-yə istinadla xəbər verir ki, Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialında Vətən Müharibəsinin daha bir qrup qazisinə xidmət və istehsal sahəsi üzrə aktivlər verilib.

Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Fərid Aslanov deyir ki, özünüməşğulluq proqramı çərçivəsində postmüharibə dövründə 7 min 784 nəfər şəhid ailəsi üzvü və qazi aktivlərlə təmin olunub.

Qeyd edək ki, özünüməşğulluq proqramında 30 istiqamət mövcuddur. Onlardan 26-sı xidmət və istehsal, dördü isə kənd təsərrüfatı istiqaməti üzrədir.

Milli.Az


Etiketlər:  Vətən müharibəsinin daha bir qrup qazisi aktivlərlə təmin olundu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ