Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramana qəsəbəsində içməli su problemi yaşanır - VİDEO

Ramana qəsəbəsində içməli su problemi yaşanır - VİDEO

Tarix: 15 Iyul 2022 17:46

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi, "Südçülük sovxozu" kimi tanına ərazinin Gəray Əsədov və Hüseyn Cavid küçələrində içməli su problemi yaşanır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər iddia edilər ki, 15 gündən çoxdur onlar içməli su üzünə həsrət qalıblar.

Suyun verilişi dayandırıldığından qəsəbə sakinləri məcburiyyətdən içməli suya olan tələbatlarını mağazadan almaqla ödəyirlər.

Sakinlər problemlə bağlı Sabunçu rayon Sukanal İdarəsinə məlumat veriblər. İdarə sakinlərin suya olan tələbatını ödəmək üçün avtomobillərlə qəsəbədə yaşayanlara su verib.

"Azərsu" Açıq Səhimdar Cəmiyyəti də yaranan problemdən xəbərdardır. Qurumun mətbuat katibi Anar Cəbrayıllı deyir ki, suyun verilməsində yaranan fasiləyə səbəb həmin ərazidə yeni evlərin tikilməsi və sakinlərin sayının çoxalmasıdır.

Onun sözlərinə görə, su çatışmazlığı olan ərazilərə ''Azərsu'' ASC tərəfindən avtomobillərlə suyun verilməsi problem həll olunana qədər davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Ramana qəsəbəsində içməli su problemi yaşanır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ