Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2022 19:03
15 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı bölgədə cari vəziyyət, Aİ Şurası Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin 22 may tarixli Brüssel görüşünün davamı olaraq, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, o cümlədən əldə edilmiş razılıqların icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.