Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 19:30
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev vəzifəsindən azad edilib.
Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, DGK sədri postuna təyinatla bağlı bir neçə nəfərin adı hallanır.
Lakin onların arasında ən şanslısının Mətin Eynullayev olduğu bildirilir.
Məlumatlı mənbənin bildirdiyinə görə, böyük ehtimalla Səfər Mehdiyevi o əvəzləyəcək.
Qeyd edək ki, Mətin Eynullayev hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədridir. Buna qədər isə o, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini, vergilər nazirinin müavini (2018-2020), təhsil nazirinin müavini (2017-2018) və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifələrində çalışıb.