Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əl qumbarası, partladıcı və silah mərmiləri aşkarlanıb - VİDEO

Bakıda əl qumbarası, partladıcı və silah mərmiləri aşkarlanıb - VİDEO

Tarix: 18 Iyul 2022 11:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən Sonxeber.net-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı, 45 ədəd 7x62mm kiçik çaplı silah mərmisi olduğu müəyyən edilib.

Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə XRXX-nin Kinoloji taborunun xüsusi təlim görmüş itinin tətbiqi ilə həyata keçirilmiş əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.


Etiketlər:  Bakıda qumbarası partladıcı silah mərmiləri aşkarlanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ