Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2022 11:52
Daxili İşlər Orqanlarında növbəti təyinat baş tutub.
Sonxeber.net Manset.az-a istinadən bildirir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Elnur Zeynalov Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Səbail Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin sabiq rəisi, polis polkovnik-leytenantı Canəli Nuriyev bir müddət bundan əvvəl tutduğu vəzifəsindən azad olunaraq daha aşağı vəzifəyə, Suraxanı Rayon Polis İdarəsində müstəntiq vəzifəsinə təyin edilib.