Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur milyarderin nəvəsinin toyu oldu - FOTO

Məşhur milyarderin nəvəsinin toyu oldu - FOTO

Tarix: 19 Iyul 2022 00:22

Milyarder, "Formula 1"in rəhbəri Berni Ekklstounun nəvəsi Petra Ekklstoun dörd ildir nişanlı olduğu iş adamı Sam Palmerin toyu olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, məclisə səbəbkarların yaxınları və dostları qatılıblar. Petra ağ sadə gəlinlik seçib. Başına isə öz ailəsinin sahibi olduğu zərgərlik kolleksiyasına aid tac taxıb. Petranın qızları da ağ libasda toya qatılıblar. 

Məclis zamanı masalara qoyulan kağızlara fərqli sevgi sözləri yazılıb. 

Qeyd edək ki, Sam və Petra 2018-ci ildə nişanlanıb. Bir müddət əvvəl toy etmək istəyən cütlüyə pandemiya mane olub. Onların birlikdə nikahdan qızları dünyaya gəlib. Petranın bundan əvvəlki evliliyindən əkiz oğulları və bir qız övladı da var. 

Milli.Az


Etiketlər:  Məşhur milyarderin nəvəsinin toyu oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ