Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 14:20
İngiltərə Futbol Assosiasiyası “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanı iqrçilikdə şübhəli sayaraq araşdırmaya başlayıb.
Qol.az BBC-yə istinadla xəbər verir ki, 25 yaşlı futbolçu Tvitterdə paylaşım edərək zarafatla komanda yoldaşı Bendjamin Mendiyə sataşıb. Paylaşımda Mendi İspaniyanın şokolad-fıstıq brendinin maskotu ilə müqayisə edilib.
Mendi özü buna yumorla yanaşsa da, Tvitter istifadəçiləri portuqaliyanı tənqid ediblər. Bu səbəbdən Silva paylaşımı 44 dəqiqə sonra silməli olub. “Bu dövrdə hətta doslarımızla da zarafat etmək olmazmış. Təəssüf” – deyə Silva yazıb.