Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 21:10
Las-Veqasda rəsmi nikaha daxil olan Cennifer Lopez və Ben Afflekin sadə mərasimlə kifayətlənəcəyini düşünürsünüzsə, yanılırsınız.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, "New York Times" in yazdığına görə, ulduzlar dostları və yaxınları üçün dəbdəbəli şənlik təşkil etməyi planşdırır. Böyük ehtimalla toy məclisi divanın doğum gününə təsadüf edəcək: iyulun 24-də Cenniferin 53 yaşı tamam olur. Ümumilikdə, qonaqların əllidən çox olmayacağı bildirilir.
Tədbir Riseborodakı Afflekin bağ evində baş tutacaq və bir neçə gün davam edəcək, o cümlədən yaxınlıqdakı Müqəddəs Simon adasında, mənzərəli mayakda da tədbir keçirilməsi nəzərdə tutulur.