Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üç istiqamətdə rusların qarşısı alındı: döyüşlər gedir

Üç istiqamətdə rusların qarşısı alındı: döyüşlər gedir

Tarix: 20 Iyul 2022 23:06

Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri üç istiqamətdə rus ordusunun hücumlarını dəf edib, daha bir istiqamətdə döyüş əməliyyatları davam edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, ruslar tərəfindən hücum cəhdi Xarkov, Kramatorsk, Baxmut istiqamətində olub. Hücumların qarşısı alınıb, ruslar itki verərək geri çəkilməyə məcbur olublar.

Hazırda ruslar Berestovoye ərazisində və Uqlegorsk İES-in kənarında hücum əməliyyatları aparırlar, döyüşlər davam edir.


Etiketlər:  Üç istiqamətdə rusların qarşısı alındı döyüşlər gedir


RƏYLƏR