Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 21:10
Böyük Britaniyada övladlar 17 ildən sonra atalarının məzarının başqa şəxsə aid olduğunu öyrənib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu fakt həyat yoldaşının yanında dəfn olunmaq istəyən analarının ölümündən sonra üzə çıxıb. Məzar qazan şəxslər mərhumun oğlu Tom Bellə zəng edərək atasının qəbrindən qadın qalıqlarını tapdıqlarını söyləyiblər. Bir aydan çox britaniyalı qardaş və bacılar atalarının harada dəfn olunduğunu öyrənmək üçün dəfn evinə gedirlər, lakin heç kim onlara dəqiq cavab vermir.
"Anamızın ölümü bizim üçün sarsıdıcı zərbə oldu. Və sonra öyrənirik ki, atamızın 17 ildir ziyarət etdiyimiz məzarı ona aid deyil. Bu necə ola bilərdi?" - T.Bell bildirib.
Məlumata görə, dəfn evi rəsmiləri 6 məzar qazıblar, lakin hələ də onun dəfn olunduğu yeri tapmayıblar. Onlar hesab edirlər ki, çaşqınlıq dəfn zamanı kiminsə məzar daşlarını qarışdırması səbəbindən baş verib. Vəziyyəti qəbiristanın bütün məlumatları əks etdirən xəritəsinin yanğın nəticəsində itməsi daha da çətinləşdirir.
Bununla belə, Bell və bacılar qəbiristanlıqda atalarının dəfn oluna biləcəyini ərazini tapa biliblər. İndi qazıntı üçün icazə gözləyirlər.