Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özünü övladları ilə binadan atan qadınla bağlı YENİ MƏLUMAT: Körpəni anadan ayırıblar?

Özünü övladları ilə binadan atan qadınla bağlı YENİ MƏLUMAT: Körpəni anadan ayırıblar?

Tarix: 22 Iyul 2022 13:54

Yasamalda özünü iki övladı ilə beşinci mərtəbədən ataraq intihara cəhd edən qadının vəziyyəti stabil-ağır olaraq qalır.

Bu barədə Oxu.az-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamira Adilova məlumat verib. Qurum rəsmisi Aytən Abbasovaya zəruri tibbi yardım göstərildiyini bildirib:

"Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsindədir. Uşaq isə ailənin istəyi ilə başqa tibb müəssisəsinə köçürülüb. Belə hallarda iltizamnamə yazırlar və şəxs ondan sonra xəstəxanadan çıxarılır.

Uşağın yerləşdirildiyi yer TƏBİB-in tabeliyində olan tibb müəssisəsi deyil deyə adını açıqlaya bilmərik. Ananın kim tərəfindən ziyarət olunması barədə məlumat vermək isə bizim səlahiyyətimizdə deyil". 

Milli.Az


Etiketlər:  Özünü övladları ilə binadan atan qadınla bağlı YENİ MƏLUMAT Körpəni anadan ayırıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ