Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2022 14:38
Londonda naməlum şəxs özünü mühafizəçi kimi təqdim edərək külli miqdarda pulu mənimsəyib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, iyulun 11- də Londonun Brikston məhəlləsində naməlum şəxs özünü G4S şirkətinin təhlükəsizlik işçisi kimi təqdim edərək "Santander" bankına daxil olub. O, şirkətin imitasiya forması ilə kassaya daxil olaraq 180 min avro pul çıxarıb.
Polis şübhəlinin axtarışı üçün işçiləri dindirib, kameralara baxış keçirib.