Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 08:12
Saçlarınızı parlaq və həcmli görünməsini istəyirsinizsə, o zaman kakos südü və limon şirəsi qarışımından istifdə edin
Qızların və qadınların ən böyük arzusu saçlarının həcmli, düz və parlaq olmasıdır. Son illər bu cür saçlar dəbdədir. Hər gün qadınlar saçlarının belə görünməsi üçün saatlarla güzgünün qarşısında dayanıb müxtəlif qulluq vasitələrindən istifadə edirlər. Siz isə həftədə 2 gün maska tətbiq etməklə ideal və dəbdə olan saça malik ola bilərsiniz. Proseduru bir il ərzində tətbiq etmək arzu olunan saçlara sahib olmaqda qadınlara yardım edir.
Maskanın effektli olması onun asan başa gəlməsi və ev şəraitində tətbiq edilə bilinməsidir. Maskanın əsas xüsusiyyətlərindən biri də onun ucuz qiymətə başa gəlməsi və kimyəvi qatqıdan ibarət olmamasıdır. Bu iki komponentin qarışımından ibarət olan maddə saçları inanılmaz dərəcədə möhkəm, canlı, düz və parlaq edir.