Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə “taxıl dəhlizi”ni açdı: Anlaşmada hansı məqamlar var?

Türkiyə “taxıl dəhlizi”ni açdı: Anlaşmada hansı məqamlar var?

Tarix: 23 Iyul 2022 19:39

Dünya taxıl böhranı Türkiyənin iki aydır davam edən səyləri nəticəsində dünən İstanbulda imzalanan saziş ilə həllini tapdı.

Ukrayna limanlarında ilişib qalan 25 milyon ton taxılın daşınması düyünü və milyonlarla insanı aclıq təhlükəsindən xilas edəcək ərzaq böhranı Türkiyədə həll olundu.

Həm Ukrayna, həm də Rusiya ilə yaxşı münasibətlər tarixi imzalarla başa çatdı.

Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi ilə İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında "Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsü sənədi" imzalandı.

Saziş çərçivəsində ilk olaraq İstanbulda BMT və tərəflərin müəyyən etdiyi nümayəndə sayı ilə Birgə Koordinasiya Mərkəzi yaradılacaq. Müqavilə çərçivəsində ixrac olunacaq taxıl və analoji ərzaq məhsullarının daşınması Ukraynanın Odessa, Çernomorsk və Yujnı limanları vasitəsilə dəniz yolu ilə həyata keçiriləcək.

Sözügedən limanlara gələn və gedən gəmilərə nəzarət təmin ediləcək. Gəmilərin dəhlizdən çıxması tərəflər tərəfindən məsafədən də izlənilə bilər. Türkiyə türk boğazlarına girib-çıxışdan əvvəl bütün ticarət gəmilərinə nəzarət edəcək.

Müqavilə əvvəlcə 120 gün müddətində qüvvədə olacaq, sonra uzadılacaq.


Etiketlər:  Türkiyə taxıl dəhlizini açdı Anlaşmada hansı məqamlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ