Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 22:18
İtaliyada "Vueling" hava limanında sərnişinlərə göndərilən qorxulu mesaja görə təyyarə reysi təxirə salınıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, sərnişinlərin telefonuna Amhar dili olduğu müəyyən edilən anlaşılmaz dildə yazılan mesajla birlikdə qoxulu şəkillər də göndərilib.
"Ailələriniz hərəkətləriniz üçün qan tökəcək, siz əbədi olaraq əzab çəkəcəksiniz" mesajında deyilir.
Pilotlar insidentdən xəbər tutandan sonra kapitan uçuşu təxirə salmaq qərarına gəlib və sərhədçilərə məlumat verib. Araşdırmalar nəticəsində polis mesajı göndərən şəxsi tapmağa müvəffəq olub.
Təqsirini boynuna alan şəxsin 18 yaşlı tələbə olduğu ortaya çıxıb. Onun hansı cəzaya məruz qalacağı barədə məlumat verilmir, lakin çox güman ki, aviaşirkət uçuşun gecikməsinə görə dəymiş zərəri almaq üçün tələbəni məhkəməyə verəcək.