Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 21:42
Ukraynadakı hərbi münaqişə fonunda dünyada yaranan ərzaq böhranı hələ uzun müddət çəkəcək.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu bardəə Fransa prezidenti Emmanuel Makron Kamerunda qlobal ərzaq təhlükəsizliyinə dair görüşdə deyib.
"On səkkiz ay ərzində müharibənin səbəb olduğu nəticələr aradan qalxmayacaq",- deyə Makron bildirib.
Prezident vurğulayıb ki, buna hazır olmaq lazımdır.
Emmanuel Makron əhalinin keyfiyyətli məhsullarla təminatını davam etdirmək, dayanıqlı kənd təsərrüfatını inkişaf etdirməyin vacib olduğunu bildirib.