Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Alimlərin ixtisarı nəzərdə tutulmur” - Nazir

“Alimlərin ixtisarı nəzərdə tutulmur” - Nazir

Tarix: 29 Iyul 2022 22:10

"Elmlə bağlı danışanda yaş faktoru çox qabardılır. Mən şəxsən, yaş faktorunun ciddi problem olduğunu düşünmürəm. Mənə görə insanların yaş yox, təcrübələri önəmlidir". 

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "AzTV" telekanalının "Hədəf" verilişinə müsahibəsində deyib.

"İnstitutlarda çalışan alimlərin ixtisarı qətiyyən nəzərdə tutulmur. Qarşıya qoyulmuş məqsəd ixtisar etmək, yaxud da kimisə işdən çıxarmaq deyil. Qarşıya qoyulan məqsəd ölkəmizin hazırkı gəlib çatdığı dönəmdə növbəti mərhələyə baxış çox önəmlidir.  uzunmüddətli inkişaf elmsiz mümkün deyil, bu səbəbdən ixtisarlar baş verməyəcək.Ona görə hər hansı ixtisarlar planlaşdırılmır və yəqin ki bu baş verməyəcək", - deyə nazir qeyd edib.


Etiketlər:  Alimlərin ixtisarı nəzərdə tutulmur Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ