Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2022 14:35
"O qədər sevgi mesajları yazırlar ki... Təkcə eşq mesajı göndərsələr dərd yarıdır. Əksəriyyəti çox sevimli olur. Bəziləri amma şok edən mesaj yazırlar. Baxıram şok oluram, deyirəm, bunu da yazdılar?".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri "Avroviziya təmsilçimiz Nadir Rüstəmli "Səhər mərkəzi" proqramında deyib. Müğənni ona instaqramda yazılan sevgi mesajlarından danışıb. O bildirib ki, bəzi mesajlar onu şok edir.
Sosial şəbəkədə yazılan tənqidlərdən danışan Nadir "İzləyicilərin yazdığı fikirlərə önəm verirəm. Amma təhqiri başa düşmürəm. Əgər bəyənmirsənsə, niyə incəsənət adamını həvəsdən salırsan? Mən özüm nəyisə bəyənmirəmsə, baxıb keçirəm. Bəyənməmə işarəsi belə qoymuram" sözlərini əlavə edib.