Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın 40 670 hərbçisi məhv edilib''

''Rusiyanın 40 670 hərbçisi məhv edilib''

Tarix: 30 Iyul 2022 14:44

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 40 670 hərbçisi məhv edilib".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 759 tank, 3 995 zirehli döyüş maşını, 906 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 733 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 889 avtomobil texnikası və avtosistern, 78 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Etiketlər:  Rusiyanın hərbçisi məhv edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ