Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Özümdə yorğunluq və ağırlıq hiss edirəm” - Messi

“Özümdə yorğunluq və ağırlıq hiss edirəm” - Messi

Tarix: 24 Sentyabr 2019 16:20

"Barselona"nın futbolçusu Lionel Messi hazırkı durumu və klubunun çıxışı haqda danışıb.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, o, zədəsinin bərpası ilə bağlı bunları deyib: "Zədə səbəbindən iki ay buraxdım, bu, nəzərə çarpır. Özümdə yorğunluq və ağırlıq hiss edirəm".

Argentinalı hücumçu komandasının mövsümə pis başladığını da söyləyib: "Çətinliklə oyun qururuq və qol epizodları yaradırıq. Bu, sadəcə başlanğıcdır, indi yaxşılaşmalıyıq. Artıq vaxtımız yoxdur, bunu bilirik. Bu, komanda işidir. Daha yaxşı olacağımıza şübhəm yoxdur".

 


Etiketlər:  Özümdə yorğunluq ağırlıq hiss edirəm Messi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ