Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2022 17:24
Moskvanın cənub-qərbində şəxsi avtobus sürücüsünün meyiti tapılıb.
Sonxeber.net bildirir ki, bu barədə Moskva Nəqliyyat Departamenti öz Telegram kanalında məlumat yayıb.
Deptrans-ın məlumatına görə, kişi meyiti iyulun 31-də tapılıb, o, marşrutun son dayanacağında şəxsi avtobusun salonunda olub.
Eyni zamanda, Telegram kanalı "MK: Təcili xəbərlər" sürücünün başının avtobusun avtomatik qapıları ilə sıxışdırıldığını aydınlaşdırıb və bu versiyanı təsdiqləyən fotonu dərc edib.
Deptrans qeyd edib ki, hadisə ilə bağlı araşdırma başlayıb. "Ölümün səbəbləri hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilir", - idarədən bildirilib.
İrfan Vəliyev