Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2022 17:32
Məşhur türk pop ifaçı Demet Akalın ötən gün Bodrumda klubların birində səhnə alıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, müğənni səhnə geyimi ilə yanaşı, etdiyi hərəkətlərlə də diqqət çəkib.
Ona gətirilən şampanı bəyənməyən Demet spirtli içkini klub işçisinin başına töküb. Sənətçi içkinin limonaddan fərqlənmədiyini deyərək daha yaxşı şampan istəyib. Bir neçə dəqiqə sonra klub rəhbərliyi müğənninin istəyini yerinə yetirib. Bu zaman isə Akalın şampanı əylənməyə gələnlərin üstünə töküb və içkini başına çəkib.
Sonxeber.net kadrları təqdim edir: