Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gözləyirəm “nasılka”da aparsınlar”

“Gözləyirəm “nasılka”da aparsınlar”

Tarix: 1 Avqust 2022 18:05

"Mənim anam Qumru xanım irəvanlı qızıdır, Basarkeçərdə doğulub. Atam isə, Göyçə mahalında dünyaya gəlib. Hər ikisi vətən aşiqi ,sevdalısıdır. Atam bu dünyanı Qarabağ sevincini yaşamadan dəyişdi. Anam isə hazırda Gəncədə göz əməliyyatı keçirir".

Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri instaqram hesabında Əməkdar artist Aybəniz Haşımova qeyd eidb. 

O bildirib ki, anası doğulduğu Basarkeçəri görmək istəyir:

"Nəhayət ki, uzun müddətdən sonra razılığa gəldi ki, gözlərinin mirvari suyunu duruluğa çıxarsın. Deyir, gözüm yaxşı görsə, sonra, gəl səni də bu həkim əməliyyat etsin. Anam çox ürəklidir. Neçə vaxtdır gözlərimdə, dişimdə problem var. Qorxumdan gedib, onu aradan qaldırmıram. Əsl müsəlman məsələsi. Yəqin gözləyirəm "nasılka"da aparsınlar. İnşallah ki, elə olmaz".


Etiketlər:  Gözləyirəm nasılkada aparsınlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ