Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2022 21:30
Türkiyə Hərbi Hava Qüvvələrinin Kiyevdəki iki təyyarəsi tezliklə daimi bazalarına qayıda biləcək.
Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə bildirib.
"Biz bu məsələni həm Rusiya, həm də Ukrayna ilə müzakirə edirik. Təyyarələr ilk fürsətdə geri qayıdacaq. Bunun yaxın günlərdə baş verə biləcəyini istisna etmirəm", - nazir deyib.
Qeyd edək ki, Türkiyənin hərbi nəqliyyat təyyarələri fevralın 24-dən Kiyev Borispol hava limanındadır. Akarın Ukrayna və Rusiya hakimiyyət orqanları ilə danışıqlarında onların Türkiyəyə qayıtması məsələsi dəfələrlə müzakirə olunub.