Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şəxsi mükafatlar qazanmaq istəsəydim, tennis oynayardım" - Ramos

Tarix: 24 Sentyabr 2019 17:56

"Futbolda hücumçular daha çox gözə çarpır. Müdafiəçilər isə "qara" işlər görür. Şəxsi mükafatlar qazanmaq istəsəydim, tennis oynayardım. Önəmli olan komandanın titul qazanmasıdır".

Qol.az xəbər verir ki, bu sözləri "Real"ın kapitanı Serxio Ramos deyib. FİFA-nın təşkil etdiyi "The Best" mükafatının tədbirinə qatılan ispaniyalı müdafiəçi "Real"ın iki futbolçusunun ilin rəmzi komandasında yer almasına da münasibət bildirib: 

"Ən uğurlu mövsümü keçirməsək də, "Real"dan iki futbolçu simvolik komandada var. Ancaq kubok qazanıb, bu heyətə düşməyi seçərdim. Marselo da dünyanın ən yaxşı müdafiəçilərindən biridir. Hər kəs tənqid edə bilər. Hamını razı salmaq mümkün deyil".

Xatırladaq ki, ilin rəmzi yığmasında "Real"dan Marselo ilə yanaşı Serxio Ramos da yer alıb.

 


Etiketlər:  Şəxsi mükafatlar qazanmaq istəsəydim tennis oynayardım Ramos


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ