Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 11:48
Çində məhkəmə qadının sevgilisinin arvadına 560 min dollar təzminat ödəməsilə bağlı qərar çıxarıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, əri tərəfindən aldadılan xanım kişinin məşuqəsini məhkəməyə verib, onun ailəsini dağıtdığını və kişidən layiq olmadığı bahalı hədiyyələr aldığını iddia edib. Belə ki, çinli məşuqəsinə iki mənzil və bir avtomobil alıb.
Arvad ərinin mütəmadi olaraq tanımadığı nömrəyə pul göndərdiyini görəndə onun xəyanətindən xəbər tutub.
Kişinin məşuqəsindən 10 yaşlı bir oğlu olduğu da üzə çıxıb.