Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” - “Ferensvaroş” cütünün məğlubunun mümkün rəqibləri bəlli oldu

“Qarabağ” - “Ferensvaroş” cütünün məğlubunun mümkün rəqibləri bəlli oldu

Tarix: 2 Avqust 2022 15:20

Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Azərbaycan çempionu "Qarabağ"ın mümkün rəqibi müəyyənləşib.

Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferensvaroş"la görüşəcək Ağdam təmsilçisi turu adlaya bilməsə, Avropa Liqasının pley-offunda oynayacaq. Azərbaycan və Macarıstan çempionlarının duelinin məğlubu "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün qalibi ilə qarşılaşacaq.

Avropa Liqasının pley-offunun matçları avqustun 18-də və 25-də keçiriləcək. "Qarabağ" - "Ferensvaroş" cütündə uduzan komanda ilk oyunu evdə keçirəcək.

Qeyd edək ki, Ağdam klubu Macarıstan təmsilçisi ilə avqustun 3-də və 9-da qarşılaşacaq.


Etiketlər:  Qarabağ Ferensvaroş cütünün məğlubunun mümkün rəqibləri bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ