Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2022 06:22
Türk kino sənətinin ulduzu Türkan Şoray üzünə edilən dəyişikliklərlə gündəmə gəlib.
Sənətçi 25-40 yaş arasında kifayət qədər estetik əməliyyatlar etdirib. Aktrisanın üzündəki dəyişikliklərinə nəzər salsaq, onun sifətinin bütün nahiyələrində plastik cərrahi müdaxilələrin edildiyini görmüş olarıq.
Sonxeber.net baku.ws-ə istinadən Türkan Şorayın bu günə qədər etdirdiyi estetik əməliyyatları və onların qiymətlərini siz oxuculara təqdim edir:
Plastik əməliyyatlardan sonra aktrisada Hollivud siması yaranıb. Türkanın bütün plastik əməliyyatlarının yerli yerində edilməsində onun doğru və peşəkar cərrahlara müraciət etməsinin də payı var.
Sənətçi iki dəfə burun əməliyyatı (rinoplastika) etdirib. İlk əməliyyatdakı uğursuzluq ikinci əməliyyatla aradan qaldırılıb. Bu səbəblə də onun burnu təbii görünür. O, hər iki əməliyyatına ümumilikdə 100 000 lirə (təxminən 9 500 AZN) xərcləyib.