Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlham Əliyev: Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır

İlham Əliyev: Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır

Tarix: 3 Avqust 2022 14:21

Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Azbadam" MMC-nin emal zavodunun açılışında iştirak edərkən deyib.

Dövlət başçısı bildirib:

"Badam yetişdirmək üçün Abşeron torpağı çox münbitdir. Burada boş sahələr çoxdur. Biz gələndə gördük ki, bütün yol boyunca sağ-sol zeytun bağlarıdır. Əvvəllər bu ərazi boş sahə idi, son vaxtlar əkilmişdir. Bu, böyük imkanlardır. Abşeron torpaqları zeytun, badam yetişdirmək üçün ən münbit torpaqlardır. Burada hələ boş torpaqlar var, onlardan mütləq istifadə etmək lazımdır. Çünki biz gələcəkdə badamı da fındıq kimi ixrac edəcəyik".

Milli.Az


Etiketlər:  İlham Əliyev Abşeron torpaqları zeytun badam yetişdirmək üçün ən münbit torpaqlardır


RƏYLƏR