Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bal ayı zəhərə döndü

Bal ayı zəhərə döndü

Tarix: 4 Avqust 2022 18:24

Britaniyadan olan yeni evlənənlər hava limanında qarşılaşdıqları problemlərə görə dörd həftə Asiyaya uça bilməyiblər.

Sonxeber.net bildirir ki, bu barədə Ekspress xəbər verir.

Nəşrin məlumatına görə, Castin və Sumaya bal ayına çıxıblar və bu, onlara beş min funt-sterlinqə başa gəlib. Onlar Hitrou hava limanından Vyanaya uçublar və burada uzunmüddətli yoxlamadan keçiblər.

Nəşr qeyd edir ki, hava limanı işçilərinin günahı ucbatından bu, üç saat yarım davam edib, nəticədə turistlər Banqkok reysinə çatmayıblar. Bildirilir ki, Castin 1,3 min funt-sterlinqə daha bir uçuş bron edib. Lakin viza olmadığı üçün cütlük bunun üçün qeydiyyatdan keçə bilməyib. "Özümü çox pis hiss etdim, panik atak keçirməyə başladım", - deyə Castin şikayət edib.

Məlum olduğu kimi, britaniyalılar terminal binasında yerdə yatmalı olublar, əşyaları olan çamadanları itib. Nəticədə cütlük 800 funt-sterlinqə dönüş bileti alıb İngiltərəyə qayıdıb.

Səyahət şirkəti daha sonra yaranan narahatlığa görə üzr istəyib və zərər çəkənlərə müəyyən kompensasiya da verib.

İrfan Vəliyev


Etiketlər:  ayı zəhərə döndü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ