Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada amerikalı basketbolçuya 9 illik həbs cəzası verildi

Rusiyada amerikalı basketbolçuya 9 illik həbs cəzası verildi

Tarix: 5 Avqust 2022 09:10

Moskva vilayətinin Ximki məhkəməsi cümə axşamı ABŞ basketbolçusu Britni Qrayneri narkotik qaçaqmalçılığı ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə Qraynerə 1 milyon rubl cərimə də kəsib.

Qeyd edək ki, idmançı martın 5-də gömrük nəzarətindən keçərkən saxlanılıb. Xidməti it idmançının əşyaları arasında qadağan olunmuş həşiş yağı aşkar edib.

Qreyner məhkəmədə günahını etiraf edib. Lakin onun vəkili bildirib ki, basketbolçunun fevral ayında Rusiyaya gətirdiyi elektron siqaretlərin patronlarında olan maddənin ekspertizası Rusiya qanunvericiliyinə uyğun aparılmayıb.

Milli.Az


Etiketlər:  Rusiyada amerikalı basketbolçuya 9 illik həbs cəzası verildi


RƏYLƏR