Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2022 20:40
Qırğız Respublikasının Xarici İşlər Nazirliyi Böyük Britaniyadakı Azərbaycan səfirliyinə hücumu pisləyib.
Sonxeber.net xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Qırğız Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.
Biz hadisənin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq", - deyə bəyanatda bildirilir.