Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan qanunsuz erməni birləşmələrinin ərazilərdən çıxarılmasını dəfələrlə gündəliyə gətirib

Azərbaycan qanunsuz erməni birləşmələrinin ərazilərdən çıxarılmasını dəfələrlə gündəliyə gətirib

Tarix: 6 Avqust 2022 08:30

Prezident bildirib ki, Azərbaycan qanunsuz erməni birləşmələrinin ərazilərdən çıxarılmasını dəfələrlə gündəliyə gətiribİlham Əliyev
Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 5-də ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığında bildirib.

Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərimizdən çıxarılması məsələsini dəfələrlə gündəliyə gətirib. Amma Ermənistan tərəfindən bu öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr və ziddiyətli bəyanatlar səsləndirilir.

Milli.Az


Etiketlər:  Azərbaycan qanunsuz erməni birləşmələrinin ərazilərdən çıxarılmasını dəfələrlə gündəliyə gətirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ