Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiyanın hərbi itkiləri 42 minə çatır''

''Rusiyanın hərbi itkiləri 42 minə çatır''

Tarix: 6 Avqust 2022 13:26

"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 900 hərbçisi məhv edilib".

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 802 tank, 4 051 zirehli döyüş maşını, 955 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 127 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 744 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 970 avtomobil texnikası və avtosistern, 85 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.


Etiketlər:  Rusiyanın hərbi itkiləri minə çatır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ