Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2022 18:45
53 yaşlı aktrisa Enn Heç Los-Ancelesin Mar Vista məhəlləsindən keçərkən idarəetməni itirərək yaşayış binasının qarajına çırpılıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, yerli sakinlər ona kömək etməyə çalışıb və maşından düşməsini istəyiblər. Aktrisa isə buna məhəl qoymaraq maşını idarə etməyə davam edib. Bu dəfə isə o, yoldan çıxaraq yaxınlıqdakı evə çırpılıb.
Onun maşını sürətlə sürdüyü isə kamerala düşüb. Hətta Ennin spirtli içkidən istifadə etdiyi bildirilib. Dəhşətli qəza həm avtomobilin, həm də binanın alışmasına səbəb olub. 59 nəfərlik yanğınsöndürmə briqadasına yanğını söndürmək və Heçini avtomobildən çıxarmaq üçün bir saatdan çox vaxt lazım olub. Hazırda ağır yanıq xəsarətləri alan aktrisa ağır vəziyyətdə reanimasiyadadır.
Xatırladaq ki, Annın şöhrətinin zirvəsi 1990-cı illərin sonlarına təsadüf edir. O, "Vulkan", "Donni Brasko", "Keçən yay nə etdiyini bilirəm", "Vaq" və "Altı gün, yeddi" kimi ekran işlərində yer alıb.