Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gərginlik mürəkkəbləşir: “Türkiyə istədiyini almasa…”

Gərginlik mürəkkəbləşir: “Türkiyə istədiyini almasa…”

Tarix: 7 Avqust 2022 17:10

"Business Insider" Türkiyə-Yunanıstan-ABŞ xəttində baş verən hadisələrin geniş təhlil olunduğu məqalə dərc edib.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, nəşr ABŞ istehsalı döyüş təyyarələri uğrunda mübarizənin NATO-nun ən az dost olan üzvləri arasında gərginliyi artıra biləcəyini yazıb.

"Afina və Ankaranın ABŞ-la münasibətləri fərqlidir, buna görə də hər iki ölkə fərqli cavablar ala bilər. Bu, iki NATO müttəfiqi arasında onsuz da kövrək olan münasibətləri daha da pisləşdirə bilər", - məqalədə deyilib.

Türkiyə və Yunanıstanın NATO-nun ən dəyərli, amma düşmən müttəfiqləri olduğu bildirilən təhlildə hər iki ölkənin Vaşinqtondan döyüş təyyarələri almaq istədiyi xatırladılıb. Yunanıstanın 20 ədəd F-35 almaq istədiyi bildirilərkən, Türkiyənin də son vaxtlar F-16 almaq istədiyinə diqqət çəkilib.

Məqalədə qeyd edilib:

"Yunanıstanın qırıcı təyyarə tələbi Afinanın Vaşinqtonla təhlükəsizlik əlaqələrinin artdığı bir vaxta təsadüf edib. Eyni zamanda, Türkiyəyə satışı dəstəklədiyini deyən ABŞ Prezidenti Co Bayden Konqresi bunun Amerikanın milli təhlükəsizliyi üçün vacib olduğuna inandırmalıdır".

Nəşr Türkiyə və Yunanıstanın NATO üçün strateji nöqtədə olduğunu qeyd edib: "Onların münasibətləri NATO-nun qalan hissəsindən fərqli istiqamətdə gedir və biri yeni təyyarə alsa, digəri almasa, onların uzunmüddətli rəqabəti daha da pisləşə bilər. Türkiyə ilə Yunanıstanın münasibətləri olduqca kövrəkdir".

Məqalədə iki ölkə arasında həll olunmamış problemlərin olduğu vurğulanıb.

"Türkiyənin digər NATO üzvləri, xüsusilə də ABŞ-la münasibətləri pisləşib. Ankara F-35 proqramının bir hissəsi idi, amma ABŞ Rusiyadan S-400 almasından sonra onu bu proqramdan çıxardı".

Ankaranın ABŞ-dan müsbət cavab almayacağı təqdirdə alternativlərə müraciət edəcəyi bildirilib:

"Birləşmiş Ştatlar uzun müddətdir ki, Yunanıstan və Türkiyəni dəstəkləməklə düşmənçiliyi cilovlamağa çalışır, çünki bu iki ölkə Avropanın cənub-şərqində mühüm mövqedədir. ABŞ-ın qərəzsiz vasitəçi kimi çıxış etməsi çağırışları davam etsə də, Afina ilə münasibətlərin inkişafı və Ankara ilə gərginliyin artması Vaşinqtonda hesablamanı dəyişə bilər".

Milli.Az


Etiketlər:  Gərginlik mürəkkəbləşir Türkiyə istədiyini almasa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ