Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Aqil Məmmədovun burnu sınıb

Aqil Məmmədovun burnu sınıb

Tarix: 7 Avqust 2022 20:34

"Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının I tur oyununda zədələnən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun burnu sınıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə "ağ-qaralar"ın baş məşqçisi Laurentsiu Regekampf açıqlama verib.

Rumıniyalı mütəxəssis bildirib ki, 33 yaşlı qolkperin durumuna müayinədən sonra aydınlıq gələcək: "Oyundan sonra onu gördüm. Burnu şişmişdi. İlkin təəssürat odur ki, sınıb. Çünki yaxşı görünmürdü".

Qeyd edək ki, Aqil Məmmədov 63-cü dəqiqədə komanda yoldaşı ilə toqquşmadan sonra zədələnərək, Əlirza Müştəbazadə ilə əvəzlənib.

Milli.Az


Etiketlər:  Aqil Məmmədovun burnu sınıb


RƏYLƏR