Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2022 18:50
Türk klassik musiqisinin "Divası" Bülent Ersoya mədəndən çıxarılan xam qızıl hədiyyə edilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Uşakda səhnəyə çıxan sənətçi pərəstişkarları ilə görüşdə öz rekordunu qırıb.
Belə ki, 70 yaşlı sənətçi 4 saata yaxın fasiləsiz səhnədə qalıb.
Uşaklı bir pərəstişkar Ersoya öz qızıl mədənlərindən çıxardığı iki parçadan ibarət xam qızıl hədiyyə edib.
Hədiyyədən təəccüblənən sənətçi "Mən heç vaxt "Xam qızıl" hədiyyə almamışam, amma bu hədiyyə digərləri kimi mənim nəhəng anbarımda yerini tutacaq" deyib.